Rusiya KİV-nin yaydığı məlumata görə, NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans Rusiyanın nüvə sektorunda çalışan hərbçiləri və bu mövzuda səslənən bəyanatları diqqətlə izləyir.
O, mətbuat konfransında deyib: «Biz, Rusiyanın nüvə sektorundakı davranışlarını və həmçinin bu mövzudakı ritorikasını diqqətlə öyrənir və qiymətləndiririk» (İnterfaks).
Baş katib qeyd edib ki, Rusiyanın belə davranışlarına cavab işlənərkən, NATO ehtiyatlı, məsuliyyətli və transparent davranmalıdır.
AzPolitika.info


Şərhlər