Rusiya KİV-nin yaydığı məlumata görə, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Rusiya nümayəndə heyətinə səsvermə hüququnun geri qaytarılmasından imtina edib (Rosbalt).
Rusiya üzrə məruzəçi Ştefan Şennax tərəfindən hazırlanmış və düzəlişlər olunmuş 13800 saylı Bəyannamə 128 «lehinə», 11 «əleyhinə» səslə təsdiq olunub.
«Əgər biz bütün beynəlxalq instrumentlərdən yararlanıb heç nə etməsək, artıq mövcud olan dondurulmuş münaqişələrə daha birisi əlavə olunacaq» - deyə, Şennax qeyd edib.
Bir sıra milli nümayəndələr, məsələn, Ukrayna və Gürcüstan nümayəndə heyəti ümumiyyətlə, Rusiyalı deputatların AŞ PA işinə yaxın buraxılmasının əleyhinə çıxıb.
Rusiya nümayəndələri səsvermədə iştirak etməyiblər.
AzPolitika.info


Şərhlər