Menu

Qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak olub

26.06.2015, 16:15
Qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak olub

Alyaskada göyərtəsində 9 nəfər olan ekskursiya təyyarəsi qəzaya uğrayıb.

Oxu.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Federal Aviasiya İdarəsinin nümayəndəsi Yan Gregor birmotorlu Dehavilland Otter DHC-3 təyyarəsinin naməlum şəraitdə qəzaya uğradığını bildirib.

Təyyarə Alyaskanın Katçikan şəhərində Elle gölü yaxınlığında qayalara çırpılıb.

Qəza nəticəsində təyyarənin göyərtəsində olan 8 sərnişin və 1 pilot həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol