Menu

Rusiyadan son beş ayda 54 milyard dollar çıxarılıb - HESABAT

27.06.2015, 00:58
Rusiyadan son beş ayda 54 milyard dollar çıxarılıb - HESABAT

Sankt-Peterburqdakı Ali İqtisad Məktəbinin (AİM) İnşkişaf Mərkəzinin ekspetlərinin hesablamalarına görə, Qərb tərəfindən beynəlxalq təcridə məruz qoyulmuş Rusiyadan, 2015-ci ilin beş ayı ərzində çıxarılmış təmiz kapitalın həcmi 54 milyard dollar təşkil edib. “Röyter”in məlumatına görə, Mərkəzin hazırladığı sənəddə bildirilir:

”Beynəlxalq izolyasıyanın artdığı bir zamanda, Rusiya iqtisadiyyatının qeyri-müəyyən perspektivi, həm daxili, həm də xarici sərmayəçiləri ölkədən öz kapitallarını çıxarmağa sövq edir”.

Rusiya Mərkəzi Bankının mətbuat-xidməti ölkədən çıxan 54 miyardlıq kapital barədə şərh verməkdən imtina edərək bildirib ki, Rusiya Federasiyasının ödəmə balansının ikinci rübünə aid məlumatlar 9 iyul tarixində açıqlanacaq. Qərb sanksiyalarının saxlanılması şərtləri daxilində və neftin indiki qiymətlərinə uyğun olaraq, Rusiya Mərkəzi Bankı bu il ərzində ölkədən axacaq kapitalın təxmini miqdarının 90 milyard dollar olacağını proqnozlaşdırır. Beləki, birinci rüb ərzində ölkədən artıq 32,6 milyard dollar çıxarılıb.

Mərkəzi Bank isə öz növbəsində məsələni belə izah edib ki, baş verənləri kapital axını adlandırmaq olmaz və bütün bunların hamısı xarici borcların qapanması ilə əlaqədardır.

AİM İnkişaf mərkəzinin eksperti Sergey Puxovun hesablamasına əsasən, Rusiya Federasiyasının may ayındakı ixrac mallarının dəyəri 32 milyard dollar təşkil edib ki, bu da digər aylara nisbətən ümumi dinamikanın hamar gedişi nəticəsində may ayında azacıq artımın olduğunu gösətrir. S.Puxov daha sonra bildirib: ”İdxal hələlik aşağıya doğru getməkdə davam edir və onun ümumi dəyəri may ayında 15 milyard dollara yaxın olub. İdxal aprel ayında 8% azalmışdı, ancaq bu göstərici may ayında yalnız 1,5% aşağı düşüb”.

Ümumiyyətlə isə keçən ilin yazından indiyədək idxal durmadan azalmağa doğru gedir. Bu istiqamətdəki düşüşün hazırkı maksimum göstəricisi 2015-ci ilin yanvarına aiddir. İdxalın aşağı düşməsinin başlıca amili, rublun məzənnəsinin aprel ayında 13,1%, mayda isə daha 1,6% effektiv artımı ilə əlaqədardır. Qiymət faktorundan əlavə (rublun məzənnəsi daxili bazardakı idxal məhsullarının qiymətini müəyyənləşdirir) sərmayə başda olmaqla, daxili bazardakı tələbatın azalması da idxalın səviyyəsinin enməsində mühüm rol oynayır.

Ali İqtisad Məktəbinin ekspertlərinin tərtib etdikləri ümumi icmalda deyilir: ”Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar xarici kapital bazarına girişi xeyli dərəcədə məhdudlaşdırır və digər tərəfdən isə büdcə xərclərinin azaldılması, işsizlik kimi faktorlar da istehlak tələbatının bərpa edilməsinin qarşısını kəsir. Ancaq belə vəziyyətdə Rusiya Mərkəzi Bankı rublun güclənməsinə imkan yaratmır. Bu cür şərtlər daxilində idxal dinamikasındakı neqativ vəziyyətin dayandırılması bərəsində danışmaq hələ tezdir”.

May ayında ölkəyə daxil olan valyuta gözləniləndən artıq idi. Bu isə əslində ticarət balansındakı müsbət saldo ilə yanaşı, digər əməliyyatlara görə kəsirin azalması ilə bağlı olub.

Rusiya Mərkəzi Bankı qeyd edib ki, ölkədəki valyutanın miqdarı kifayət qədərdir və onlar 13 may tarixindən Rusiya üçün komfort səviyyə hesab olunan 500 milyard dollar həcmindəki qızıl-vayuta ehtiyatına çatana qədər, valyuta alışını davam etdirmək niyyətindədirlər.

Vaqif NƏSİBOV

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol