Menu

Dünyanın ən nəhəng investoru Çin olacaq - EKSPERTLƏR

27.06.2015, 12:58
Dünyanın ən nəhəng investoru Çin olacaq - EKSPERTLƏR

Xarici KİV-in yazdığına görə, cari onilliyin sonunda (2020 il) Çin dünyanın ən nəhəng investoruna çevriləcək, onun beynəlxalq aktivləri üç dəfə artaraq, 6,4 trilyon dollardan 20,0 trilyon dollara yüksələcək. Belə proqnoz aradırmaçı «Rhodium Group» şirkəti ilə Çinin Berlindəki «Mercator» tədqiqat institutunun birgə hazırladığı hesabatda yer alıb (Rosbalt).

Ekspertlər hesab edirlər ki, bu aktivlərin böyük hissəsi xarici valyuta ehtiyatları və qiymətli kağızlara investisiya şəklində olacaq. Bu zama həm də qərb ölkələrinin inkişafına Çinin birbaşa investisiyalarının həcmi də artacaq («Vesti Ekonomika»).

Tədqiqatda qeyd olunur ki, digər ölkələrin tarixi təcrübəsinə əsaslanaraq, Çin birbaşa xarici investisiyaların həcmini artıraraq (korporasiyaların birləşməsi və bir-birini udması da daxil), 744,0 milyard dollardan, 2020-ci ildə 2,0 trilyon dollara çatdıracaq.

Tədqiqatın şərhində göstərilən proqnozlar müstəsna dəyəri ilə diqqəti cəlb edir. Belə ki, Çinin və digər ölkələrin birbaşa investisiyalarla bağlı rəsmi statistikası aşağı keyfiyyətli olması ilə seçilir və real investisiya axınlarının dəqiq mənzərəsini əks etdirmir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol