Menu

Qaz hasilatında 14%-dən çox azalma

29.06.2015, 01:17
Qaz hasilatında 14%-dən çox azalma

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2015-ci ilin yanvar-may aylarında 3 mln. 462,1 min ton neft hasil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 1,2% azdır. Bu barədə SOCAR-dan məlumat verilib.

Cari ilin may ayında SOCAR 706,5 min ton neft hasil edib.

Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda neft hasilatının ümumi həcmi 41,9 mln. ton təşkil edib ki, bunun da 8 mln. 402,5 min tonu SOCAR-ın payına düşüb.

Daha əvvəl SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanova istinadən verilən məlumata görə, bu il üçün neft hasilatı 8,3 mln. ton həcmində proqnozlaşdırılır.

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2015-ci ilin yanvar-may aylarında 2 mlrd. 801,4 mln. kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14,1% azdır.

2015-ci ilin may ayında SOCAR 576,1 mln. kubmetr qaz hasil edib, ölkə üzrə isə 2 mlrd. 454,7 mln. kubmetr qaz hasil olunub.

Xəbər verildiyi kimi, Azərbaycanda qaz hasilatının ümumi həcmi 29 mlrd. 615,3 mln. kubmetr təşkil edib ki, bunun da 7,2 mlrd. kubmetrdən çoxu SOCAR-ın payına düşüb.

Daha əvvəl SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanova istinadən verilən məlumata görə, 2015-ci ildə Azərbaycanda qaz hasilatı 30,2 mlrd. kubmetr, o cümlədən ARDNŞ üzrə 6,5 mlrd. kubmetr həcmində proqnozlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol