Menu

Pərviz Həşimli Ali Məhkəmənin sədrinə müraciət edib

01.07.2015, 10:36
Pərviz Həşimli Ali Məhkəmənin sədrinə müraciət edib

Məhbus jurnalistin kassasiya şikayəti Ali Məhkəmədə...

Məhbəsdəki jurnalist Pərviz Həşimlidən yeni xəbər var. Belə ki, onun kassasiya şikayəti Ali Məhkəmədə icraata götürülüb. Xəbəri Moderator.az-a jurnalistin vəkili Bəhruz Bayramov bildirib.

Vəkilin sözlərinə görə Pərviz Həşimli kassasiya şikayətindən əlavə Ali Məhkəmənin sədri Ramiz Rzayevə də əlavə ərizə ilə müraciət edərək ondan kassasiya şikayətinə baxılmasını nəzarətinə götürməyi xahiş edib. Məhbus jurnalist ərizəsində Bakı Ağır Cinayətlər Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində onunla bağlı aparılan məhkəmə proseslərinin çoxsaylı qanun pozuntularıyla müşayət olunduğunu, demək olar ki, çoxsaylı vəsatətlərinin heç birinin təmin olunmadığını, hakimlərin işi qərəzli və birtərəfli apardıqlarını bildirərək Ali Məhkəmədə bu qanunsuzluqların aradan qaldırılması üçün R. Rzayevdən işi şəxsi nəzarətinə götürməsini xahiş edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol