Menu

Finlandiya Rusiya Dövlət Dumasının sədrinə viza vermədi

01.07.2015, 13:00
Finlandiya Rusiya Dövlət Dumasının sədrinə viza vermədi

Finlandiyanın Xarici İşlər Nazirliyi Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə viza verməyib.

"Report" xəbər verir ki, bu haqda məlumatı TASS yayıb.Xəbərə görə, iyulun 5-9-da Helsinkidə ATƏT Parlament Assambleyasının illik sessiyası keçiriləcək. Sergey Narışkin isə həmin tədbirdə iştirak edəcək Rusiya nümayəndə heyətinin başçısıdır.

Qeyd edək ki, Ukraynanın şərqindəki vəziyyət və Krımın Rusiya tərəfindən ilhaqına görə, Avropa İttifaqı Rusiyanın bir sıra dövlət, ictimai-siyasi xadimlərinə və iş adamlarına sanksiya tətbiq edib. Həmin siyahıda Sergey Narışkinin də adı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol