Menu

Milli Məclisdən jurnalistlərə xəbərdarlıq

14.01.2014, 13:30
Milli Məclisdən jurnalistlərə xəbərdarlıq

“Milli Məclisin yaz sessiyasında istər komitələrin iclaslarında, istərsə də plenar iclaslarda iştirak etmək üçün jurnalistlərin akkreditasiya məktubları parlamentin poçtuna daxil olmaqdadır”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

Daxili nizamnaməyə əsasən, yanvarın 15-inin son gün olduğunu xatırladan A. Təvəkküloğlu bildirib ki, bu günə qədər onlara çoxlu məktub gəlib. “Bu günə qədər Milli Məclislə əməkdaşlıq etmək istəyən KİV-lərdən poçtumuza çoxlu məktublar daxil olub. Sabah son gündür və yalnız bundan sonra bizə daxil olan məktublar araşdırılacaq və kimlərin akkreditasiyadan keçdiyi müəyyənləşdiriləcək”, – deyə A. Təvəkküloğlu vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol