Menu

ŞİRVANDA HƏRBİ ZAVODDA PARTLAYIŞ: 4 nəfərin vəziyyəti ağırdır - VİDEO, FOTOLAR

07.07.2015, 16:34
ŞİRVANDA HƏRBİ ZAVODDA PARTLAYIŞ: 4 nəfərin vəziyyəti ağırdır -  VİDEO, FOTOLAR

Dünən səhər saatlarında Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində fəaliyyət göstərən Telemexanika zavodunda baş verən partlayışda yanıq xəsarəti alan qadınlardan 4-nün vəziyyətin ağırdır. Qadınlar Bakıya gətirilərək 5 saylı şəhər klinikasından yanıq şöbəsinə yerləşdiriliblər. Şöbənin müdiri Şöhrət Məmmədov “Yeni Müsavat”a deyib ki, hazırda şöbədə olan qadınlar bunlardır: 44 yaşlı Xatirə Səttarova, 49 yaşlı Gülnarə Muradova, 42 yaşlı Zülfiyyə Mehdiyevavə 49 yaşlı Mehparə Əbilova.

Şöbə müdiri xəstələrin şokda olduğunu da açıqlayıb: “Deyirlər ki, elektrik qısaqapanması olub, hər 4 xəstə ağır dərəcəli yanıq xəsarətləri alıb, xəstələr şokdadırlar”.

Şöbə müdiri xəstələrin barıtdan yanması ilə bağlı iddialara da münasibət bildirdi: “Dəqiq bimirik, amma bizə elə deyirlər. Dəqiqini işi aparanlar bilər. Termiki yanıq xəsarətləridir. Özləri də deyirlər ki, tokdan nəsə alışıb və hadisə olub”.

Ş.Məmmədov xəstələrdən birinin ölməsi haqda əvvəl yayılan məlumatların doğru olmadığını da açıqlayıb. Həkim deyib ki, xəstələrin vəziyyətləri ağır-stabildir.

Yada salaq ki, hərbi təyinatlı zavodda baş vermiş partlayış zamanı Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Raziyə Cəfərxan qızı Süleymanova aldığı ağır dərəcəli yanıq xəsarətlərindən hadisə yerində keçinib, 19 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

---

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika Zavodunda baş vermiş

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol