Menu

Dərmanlara vahid qiymət nə zaman qoyulacaq? - Açıqlama

06.07.2015, 15:32
Dərmanlara vahid qiymət nə zaman qoyulacaq? - Açıqlama

“Dərmanlara vahid qiymətin tətbiq edilməsi üzrə işlər davam edir. Yaxın zamanlarda prosesin birinci mərhələsi ilə bağlı açıqlama veriləcək”.

Bu sözləri modern.az-a açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev deyib. O qeyd edib ki, hazırda Tarif Şurasında tənzimləmə ilə bağlı hazırlıq gedir:

“Birinci mərhələdə bildiyiniz kimi, həyatı vacib və daha çox istifadə edilən dərmanlara vahid qiymət qoyulacaq. Sonra digər mərhələlər həyata keçiriləcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol