"Bankın məcmu kapitalı 50,7 milyon manat təşkil edib"
Məlum olduğu kimi, Mərkəzi Bankın ötən il qərarla bankların qarşısında nizamnamə kapitalının minimum həddini 10 milyon manatdan 50 milyon manatadək artırmaq tələbi qoyulub. Ancaq bir sıra bankların bu tələbi yerinə yetiurmək imkanı nəzərə alınaraq
bu qərarın icrası 2015-ci ilin 1 yanvarınadək təxirə salınıb. Yəni, banklara kapitallarını artırmaq, 50 milyona çatdırmaq üçün daha bir illik güzəşt edilib. Ancaq aparılan araşdırmalar göstərir ki, həmin vaxta qədər də bəzi banklar nizamnamə kapitalının həcmini tələb olunan səviyyəyə çatdıra bilməyəcəklər. "Yeni Müsavat" qəzetinin saytımızda da dərc olunan araşdırmasında bu bankların icində "Turanbank"ın da adı çəkilib. Məqalədə bankın nizamnamə kapitalının hazırkı həcmi 25,5 milyon manat göstərilib\
Ancaq "TuranBank" ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin direktoru İlqar Xudiyev tərəfindən "AzPolitika.info"-ya göndərilən məktubda bu məlumat təkzib edilir. Və bankın Mərkəzi Bankın nizamnamə kapitalının minimum həddinə yönəlik tələblərini ödədiyi vurgulanır: " Nəzərinizə çatdırmaq istərdim ki, saytınızdakı bəzi bankların bağlanması ilə bağlı yazıda "TuranBank"ın məcmu kapitalını göstərən rəqəmdə ciddi yanlışlığa yol verilib. Ötən ilin sonuna bankın məcmu kapitalı 50,7 milyon manat təşkil edib".
Vaqif
AzPolitika.info

Şərhlər