Yunanıstanın “DESFA” dövlət şirkətinin özəlləşdirilməsi ilə bağlı məsələlər bu ilin sentyabr ayında müzakirəyə çıxarılacaq. Hazırda Dövlət Neft Şirkətinin (SOCAR) təklifləri Avropa Komissiyası tərəfindən nəzərdən keçirilir. Bunu "Hellenic Petroleum" şirkətinin yeni baş direktoru Stergiyulis Qriqoris SOCAR-ın Yunanıstanın qazpaylayıcı stansiyaları şəbəkəsi olan DESFA-nın əsas səhm zərfini almaq istəməsi ilə bağlı təklifini şərh edərkən deyib. Onun sözlərinə görə, Yunanıstan bu alqı-satqı prosesindən 212 milyon avro qazanc əldə etmək fikrindədir. /“Report”


Şərhlər