Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və NATO-nun baş katibi Anders Rasmussen ikitrəfli danışıqlardan sonra jurnaslitlərin qarşısına çıxıblar. İlham Əliyev Azadlıq Radisounun suallarını da cavablandırıb.
Azadlıq Radiosu: Cənab president keçən dəfə Brüsselə səfəriniz zamanı dediniz ki, Azərbaycanda heç bir siyasi opponentiniz həbsdə deyil. Lakin İlqar Məmmədov və Anar Məmmədli kimi fəallar hələ də həbsdədirlə. Siz hələ də o fikrinizdə qalırsız ki, Azərbaycanda siyasi məhbus yoxdur?
İlham Əliyev: Bəli əlbəttə bu həmçinin Avropa Şurasının Parlament Assambleyasının qərarı ilə təsdiq olunub. Dekabr ayında Avropa Şurasının bəzi üzvləri tərəfindən qaldırılmış bu məsələ qəbul olunmamışdır. Assambleya üzvlərinin əksəriyyəti bu qətnaməyə dəstək vermədi. Bu isə o deməkdir ki, keçən dəfə mən burada Avropa Komissiyasında dediyim “Azərbaycanda siyasi məhbus yoxdur” fikri həmçinin Avropanın və dünyanın ən vacib institutlarından biri olan AŞPA tərəfindən təsdiq edilir. Azərbaycan 10 ildən artıqdır ki, Avropa Şurasının üzvüdür, biz Avropa İnsan haqları məhkəməsinin üzvüyük, bu da o deməkdir ki, Azərbaycanda apreoriy siyasi məhbus ola bilməz. Əgər kimə qarşısa ədalətsiz davranış baş veribsə, bu haqda həmişə Avropa məhkəməsinə müraciət etmək imkanı var və biz də bu qurumun qərarlarının həmişə əməl edirik.
Onu da demək istəyirəm ki, “siyasi məhbus” terminin müəyyənləşdirilmiş mənası yoxdur. Biz hesab edirik ki, Avropa Parlamenti və ya Avropa şurası tərəfindən siyasi məhbus məhvumunu müəyyənləşdirilməsi yaxşı ideya olardı. O zaman da kimin siyasi məhbus olub-olmamasını müəyyən etmək olduqca asanlaşardı.
Ona görə də sizin sualınıza ən yaxşı cavabı AŞPA-nın 2013-cü ilin yanvarında verdiyi qərardır.
Görüş haqda ətraflı məlumat tezliklə saytda yerləşdiriləcək. Azərbaycan prezidenti qarşıdan gələn Qarabağ danışıqları və NATO ilə əməkdaşlıq haqda danışıb.


Şərhlər