Menu

"Qəbələ"dən gürcülərə möhtəşəm cavab -  İki qol və plakatlar - FOTOLAR

09.07.2015, 23:07
"Qəbələ"dən gürcülərə möhtəşəm cavab -  İki qol və plakatlar - FOTOLAR

Bu gün -iyulun 9-da UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Qəbələ"- "Dinamo" oyunu keçrilib  “Dinamo” (Tiflis, Gürcüstan) ilə cavab qarşılaşması saat 21.00-da baş tutub.

Oyunun ilk hissəsindən hesab açılmayıb.

Oyunun 87-ci dəqiqəsində isə "Qəbələ" hesabı açıb- 1:0. Oyunun 90-cı dəqiqəsində "Qəbələ" daha bir qol vurub və hesab 2-0 olub. Belə ki,  əvvəlcə Sergey Zeynov hesabı açıb, əlavə edilmiş 3 dəqiqədə isə Aleksey Antonov fərqi 2 topa çatdırıb.

Qeyd edək ki, komandalar arasında iyulun 2-də Tiflisdə baş tutmuş oyun “Dinamo”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.  Odur ki, növbəti mərhələyə "Qəbələ" adlayıb. Bununla da gürcülərə möhtəşəm cavab verilib. Həm də  “Qəbələ” tarixində ilkə imza atıb. İndiyədək avrokuboklarda 3 oyun keçirən klub qazandığı ilk qələbə sayəsində II təsnifat mərhələsinə də adlayıb.

Oyunun 25-ci dəqiqəsində stadionda Bütöv Azərbaycanın xəritəsi və “Borçalı Azərbaycan torpağıdır” kimi şüarlar qaldırılıb. Şüarlar dərhal polis tərəfindən götürülüb.

İkinci hissənin onuncu dəqiqəsində yenidən şüarlar səsləndirilib və plakatlar qaldırılıb.

Qeyd edək ki, bu komandaların Tiflisdə keçirilən birinci qarşılaşmasında “Dinamo”nun bir qrup azarkeşi “Qəbələ” fanatlarını döyərək, Azərbaycanın və klubun bayrağını tapdalayaraq, təhqir etmişdilər. Onlar stadionda Azərbaycan əleyhinə şüarlar açmışdılar. Bu dəfə də “Dinamo” (Tiflis) fanatları Qəbələ şəhər stadionuna Abxaziyanın Gürcüstanın ərazisi olduğunu göstərən plakat gətiriblər. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıdığı və bu matç da Azərbaycan ərazisində keçirildiyi üçün plakatın bu meydanda qaldırılmasının hansı anlam daşıdığı da müəmmalıdır.

“Qəbələ” azarkeşləri isə Azərbaycan xəritəsini özündə əks etdirən plakat asıblar. Yerli azarkeşlər həmçinin “Borçalı Azərbaycanındır” pankartını açıblar. Pankartda həmçinin “Sarvan no Marneuli” yazısı olub. Lakin onlar pankartı çox saxlaya bilməyiblər. Polislər müdaxilə edərək, pankartı yığışdırıblar.

Qəbələli azarkeşlər ardınca növbəti pankartlar açıblar. Bu dəfə “Borçalı Azərbaycanındır”, “Sarvan no Marneuli” yazısı ilə yanaşı, “Bostandere No Rustavi” və “Choruk Gemerli! No Bolnisi!” pankartları da qaldırılıb. Lakin polislər yenidən müdaxilə edərək, pankartı yığışdırıblar. Azərkeşlər həmçinin tarixi Azərbaycan torpaqlarının əksini tapdığı xəritəni də açıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol