Menu

ABŞ yeni atom bombasını sınaqdan çıxardı

10.07.2015, 01:16
ABŞ yeni atom bombasını sınaqdan çıxardı

ABŞ-ın Nüvə Təhlükəsizliyi üzrə Milli Administrasiyası və Hərbi-Hava Qüvvələri iyulun 1-də B61-12 atom bombasının ilk yay sınağını həyata keçirib. Musavat.com-un xarici KİV-ə iatinadən verdiyi məlumata görə, nüvə başlığı olmayan bomba Nevada ştatının Tonopa poliqonunda F 15-E qırıcısıdan atılıb.

Sınaq B 61-12-nin texniki baxımından tamamlanması baxımından uğurlu hesab edilib. Bu il daha iki belə test keçiriləcək.

B61-12 60-cı illərdən istehsal edilən B61 bombasının 12-ci modifikasiya olunmuş variantıdır. Modernləşmiş sursatın istehsalı 2020-ci ildə başlamalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol