Azərbaycanda daha bir Qeyri Hökumət Təşkilatı (QHT) dövlət qeydiyyatına alınıb. 26 avqust 2013-cü ildə təsis olunan və Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınan "Sağlam Yaşa" gənclərin maarifləndirilməsi İctimai Birliyinin əsas məqsədi, adından da göründüyü kimi, gənclərin maarifləndirilməsinə kömək etməkdir.
Birlik məqsədinə çatmaq üçün aşağıdakı tədbirləri həyata keçirmək niyyətindədir:
- Gənclərin inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlərə kömək etmək;
- Gənclər arasında milli-mənəvi dəyərləri, sağlam həyat tərzini təbliğ etmək;
- Gənclərin müasir texnoloğiyalardan istifadə imkanlarının genişlənməsinə yardım etmək.
Birlik qarşısına qoyduğu bu məqsədləri müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlərlə həyata keçirmək niyyətindədir.
Qeyd edək ki, "Sağlam Yaşa" gənclərin maarifləndirilməsi İctimai Birliyinin təsisçiləri Həbibə Qəribova və Aytən Şirinovadır.


Şərhlər