Menu

Gömrük Komitəsi öhdəliyinin 48%-ni yerinə yetirib

10.07.2015, 14:29
Gömrük Komitəsi öhdəliyinin 48%-ni yerinə yetirib

2015-ci ilin İyun ayı ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 140 milyon 261 min manat vəsait daxil olub. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 4,94 milyon manat çoxdur.

“Marja” xəbər verir ki, vəsaitin 39,361 milyon manatı gömrük rüsumları üzrə, 92,728 milyon manatı ƏDV üzrə, 6,371 milyon manatı aksiz üzrə, 1,8 milyon manatı yol vergisi üzrə toplanıb.

Ötə ilin İyun ayında gömrük rüsumları üzrə 63,515 milyon manat, ƏDV üzrə 66, 060 milyon manat yığılmışdı. Bu da gömrük rüsumları üzrə yığımların azalmasına, ƏDV üzrə isə artmasına işarə edir.

Ümumiyyətlə, 2015-ci ilin birinci yarısında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 765,337 milyon manat daxil olub. Bu, ötən ilin birinci yarısı ilə müqayisədə 32,528 milyon manat və ya 4,4% çoxdur.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 milyard 590 milyon manat daxil olmalıdır. Artıq Komitə öhdəliyinin 48,1%-ni yerinə yetirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol