Menu

Qalmaqallı oyunla bağlı yeni qərar

10.07.2015, 19:39
Qalmaqallı oyunla bağlı yeni qərar

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) "Avro-2016"nın seçmə mərhələsində keçirilən Serbiya - Albaniya matçında baş verən qalmaqalla bağlı qərarını açıqlayıb.

Qol.az-ın Albaniya mətbuatına istinadən verdiyi məlumata görə, CAS UEFA-nın Albaniyaya 0:3 hesablı texniki məğlubiyyət verməsi ilə bağlı qərarını ləğv edib.

Beynəlxalq İdman Arbitraj Məhkəməsinin qəbul etdiyi qərarda Serbiya yığmasına 0:3 hesablı məğlubiyyət verilib. Belədə Albaniya yığması turnirdə keçirdiyi 4 oyundan sonra xalını 10-a yüksəldib. Daha öncə 3 xalı silinən Serbiya millisi isə 1 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, ötən ilin oktyabr ayında İ qrupunda keçirilən Serbiya – Albaniya matçının 44-cü dəqiqəsində pultla idarə olunan mini helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı Albaniya bayrağı meydançaya endirilib. Serbiyalı müdafiəçi Stefan Mitroviçin həmin bayrağı yığışdırmaq istəməsindən sonra iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu səbəbdən matçın baş hakimi Martin Atkinson oyunun yarımçıq dayandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol