Cümə axşamı günü matç zamanı Azərbaycan komandası ilə baş verən qalmaqaldan sonra "Qəbələ" klubunun araşdırılmasını istəyirik.
Anspress-in məlumatına görə, bu barədə Gürcüstanın "Dinamo" (Tbilisi) klubu
icraçı direktoru Nikoloz Zqarkava “Rustavi 2” televiziyasına müsahibəsində deyib.
Qeyd edək ki, cümə axşamı öz meydançasında "Dinamo" klubunu 2-0 hesabı ilə məğlub edən "Qəbələ" futbol klubu Avropa Liqasının təsnifat mərhələsinə çıxmaq haqqını qazanıb. Oyun vaxtı azərbaycanlı azarkeşlər tərəfindən Gürcüstan bayrağının yandırıldığı və millətçi bannerlərin nümayiş olunduğu iddia edilir. İddiaya əsasən oyunu yayımlayan Gürcüstan televiziyası bayrağın yandırılmasını və Gürcüstana ərazi iddialarını əks etdirən plakatları göstərib. Daha sonra həmin plakatlar polis tərəfindən yığışdırılıb.
Lakin İnsident yaxın münasibətlərə malik qonşu ölkələrin azarkeşləri arasında baş verən yeganə mübahisə halı deyil. Belə ki, ötən həftə klubların Tbilisidəki ilk görüşü vaxtı gürcüstanlı azarkeşlər Azərbaycan bayrağına hörmətsizlik göstəriblər. Oyun vaxtı həmçinin yerli və Azərbaycandan gələn azarkeşlər arasında toqquşmalar baş verib. Gürcüstan hökumətinin rəhbəri azərbaycanlı azarkeşlərə hücumları pisləyib və hadisənin araşdırılması barədə göstəriş verib.
Ötən ildə də Avropa Liqası oyunlarının təsnifat mərhələsində Gürcüstanın Saçxere Çixura klubunun azarkeşləri Azərbaycan da daxil olmaqla qonşu ölkələrin ərazisini Gürcüstan tərkibində göstərən xəritəni qaldırıblar. Bu addım azərbaycanlı azarkeşlər arasında hiddətlə qarşılanıb.


Şərhlər