Menu

“Biz minalanmış sahədəyik” - Tsipras Avropa mühafizəkarlarını ittiham edir!

12.07.2015, 11:06

150410034110_tsipras_624x351_reutersXarici KİV-in yaydığı məlumata görə, Yunanıstanın baş naziri Aleksis Tsipras parlamentdəki çıxışı zamanı Avropa İttifaqının (Aİ)mühafizəkar nümayəndələrinin iqtisadi bəhanələr altında Yunanıstanın solçu hökumətindən yaxa qurtarmaq cəhdləri göstərdiyini bəyan edib(Rosbalt).

«İfrat mühafizəkar dairələrin xatirinə biz, sazişi qurban verməməliyik. Avropa İttifaqındakı bu dairələr solçu hökumətdən yaxa qurtarmağa can atırlar. Biz, iqtisadi bəhanələr altındakı siyasi«Grexit»-in (ölkənin avrozonadan çıxması) qarşısını almaq istəyirik» - deyə, Tsipras bəyan edib.

Baş nazir daha sonra deyib: «Mən, öz xalqımın hüquqlarını təmin etməyə və milli maraqlarımızı qorumağa cəhd göstərirəm. Mən, təhlükəli şəraitdə mümkün olanı etdim. Biz təhlükəli zonada yerləşirik, biz minalanmış sahədəyik və mən, bunu gizlədə bilmərəm». Tsiprasın bəyanatına görə, onun hökuməti səhvi danışıqlar zamanı edib, amma o, «qeyri-bərabər qüvvə ilə gərgin döyüş aparıb».

Hökumət baçısı hesab edir ki, 3 ildən sonra ölkəsi beynəlxalq maliyyə bazarlarına çıxa biləcək: «Proqramın 3 il davam etməsi yetər ki, bazarlar bizə yenidən etibar etsinlər».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol