Menu

İŞİD İtaliya konsulluq binasını partlatdı: 1 ölü, 10 yaralı - VİDEO

12.07.2015, 22:34
İŞİD İtaliya konsulluq binasını partlatdı: 1 ölü, 10 yaralı - VİDEO

Misirdə İtaliya konsulluğunun binasında baş vermiş dağıdıcı partlayışa görə məsuliyyəti “İŞİD” qruplaşmasının silahlıları öz üzərinə götürüb. ANS TV-nin məlumatına görə, maşına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində azı bir nəfər həlak olub, 10 nəfər isə yaralanıb. Konsulluq binasının əksər hissəsi isə partlayış dalğasından uçub.

Konsulluqda iş günü olmadığından, itki sayı çox olmayıb. İnsidentdən sonra İtaliyanın baş naziri Mateo Renzi Misir prezidenti Fəttah Əs-Sissi ilə əlaqə saxlayaraq, hər iki ölkənin terror və fanatizmə qarşı çiyin-çinə mübarizə aparacağına söz verib.

Konsulluğ binasının partladılması, yerli güc strukturlarının təhlükəsizliy probleminin bir daha gündəmə gətiri və italiyanlar burda özlərini təhlükəsizlikdə hiss etmirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol