Menu

Sarkisyanın sözləri Poroşenkonun xoşuna gəlmədi

14.07.2015, 09:11
Sarkisyanın sözləri Poroşenkonun xoşuna gəlmədi

İki ölkə arasında diplomatik qalmaqal başlaması istisna olunmur.Ukrayna prezidenti Petro Poroşenkonun ölkəsinin Ermənistandakı səfirini işdən çıxarmasının səbəbi bəlli olub.

Anspress-in məlumatına görə, UNN xəbər verir ki, səbəb Ermənistan prezidenti Serj Sarkisyanın Krım barədə dedikləri olub.

Ermənistan prezidenti Serj Sarkisyan yenə dilini dinc qoymadı

Belə ki, Sarkisyan yenə də dilini dinc qoymayaraq xalqların öz müqəddəratını müəyyənetmə hüququndan dəm vurub. O Krımda keçirilən referendumu “xalqların öz müqəddəratını müəyyən etməsi hüququnun daha bir nümunəsi kimi” qymətlənidib.

Bu sözlərdən sonra iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsi istisna deyil.

Qeyd edək ki, bundan əvvəl Ukrayna XİN ölkənin Türkiyədəki fəxri konsulunu tədbirlərin birində Putin həkk olunmuş köynək geyindiyinə görə işdən azad etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol