Menu

"Sanksiyaların ləğvi neft hasilatına təsir edəcək" - Natiq Əliyev

14.07.2015, 17:01
"Sanksiyaların ləğvi neft hasilatına təsir edəcək" - Natiq Əliyev

"Qərb ölkələri tərəfindən İrana qarşı tətbiq olunan sanksiyaların ləğv olunması enerji sektoruna canlanma gətirəcək".

"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev deyib.

"Bu qərar bizi sevindirir. Hesab edirəm ki, sanksiyaların ləğvi neft hasilatına təsir edəcək. Xüsusən də, bu, OPEC tərəfindən kvotanın artırılması ilə nəticələnəcək", - deyə nazir qeyd edib.

N. Əliyev bildirib ki, İran qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması regionda yeni əməkdaşlıqlara yol açacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol