Menu

DAHA BİR BANK BAĞLANDI - 2, 3 milyon manat əmanəti kim qaytaracaq?

15.07.2015, 14:13
DAHA BİR BANK BAĞLANDI - 2, 3 milyon manat əmanəti kim qaytaracaq?

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli, 27 nömrəli qərarı ilə məcmu kapitalın minimal məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv edilmişdir.Bu barədə Mərkəzi Bankdan bidirilib.

Bank lisenziyasının ləğvi barədə qərar 16 iyul 2015-ci il tarixində qüvvəyə minəcəkdir.

Məlumat verildiyi kimi, 13 iyul 2015-ci il tarixindən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “Azərbaycan Kredit Bankı” ASC-yə təyin olunmuş müvəqqəti inzibatçı bankda idarəetməni həyata keçirir.

Azərbaycan Respublikası Mərkəzi Bankı bir daha bildirirki, “Azərbaycan Kredit Bankı”nda əhalinin əmanətləri üçün heç bir təhlükə yoxdur və onların tam məbləğdə qaytarılması üçün bankda yetərli likvid vəsaitlər mövcuddur.

Hazırda bankda əhalinin əmanətlərinin geri qaytarılması prosesi gedir.

Xatırladaq ki, bir neçə gün əvvəl Mərkəzi Bank "EvroBank"ın da lisenziyasını ləğv etmişdi.

--

KAPİTALI 50 MİLYON MANATDAN AŞAĞI DÜŞÜB

“Azərbaycan Kredit Bankı”nın vəziyyətinin pis olması əhalinin əmanətlərinin necə olacağını gündəmə gətirir.

31 Mart 2015-ci il tarixində “Azərbaycan Kredit Bankı”nda cəmi depozitlər 2 milyon 379 min manat təşkil edib. Bu məbləğin 2 milyon 376 min manatı fiziki şəxslərin (əhalinin) depozitləri olub. Fiziki şəxslərin depozitlərinin 1 milyon 286 min manatı tələbli, 1 milyon 90 min manatı isə müddətli yerləşdirilib.

“Azərbaycan Kredit Bankı”nın cəmi öhdəlikləri 7 milyon 424 min manat olub. Bu məbləğin 5 milyon manatı Mərkəzi Bankın banka qarşı tələbləridir (təminatlı kreditlər (lombard).

Bankın nizamnamə kapitalı 50 milyon 181 min manat olsa da, bankın əvvəlki illərdə yaranmış zərərinə görə cəmi kapitalı 49 milyon manata düşüb. Bankın əvvəlki illərdə 6 milyon 340 min manat zərəri olub. Bu ilin ilk rübündə əldə edilmiş 4 milyon 603 min manatlıq xalis mənfəət bu zərərin bir hissəsini bağlasa da, Bankın 1 milyon 736 min manatlıq bölüşdürülməmiş xalis zərəri qalıb.

31 Mart 2015-ci il tarixində “Azərbaycan Kredit Bankı”nın aktivləri 56 milyon 455 min manat, kredit portfeli 54 milyon 143 min manat təşkil edib.

“Azərbaycan Kredit Bankı” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

"BANK BTB"NİN NƏZARƏTİNDƏ OLDUĞU DANIŞILIR

Dekabrın 15-də “Azərbaycan Kredit Bankı”nın səhmdarlarının toplantısı keçirilmişdi.“ Toplantıda Emil Rzayev Müşahidə Şurasına rəhbər təyin olunmuşdu. Emil Rzayev “Azərbaycan Kredit Bankı”na “Bank BTB”dən gəlmişdir.

"NARAHATLIĞA ƏSAS YOXDUR"

elman_Rustamov_elmanMərkəzi Bankın sədri Elman Rüstəmov "Azərbaycan Kredit Bankının" əmanətçilərinin narahat olmasına əsas olmadığını bildirnişdi: “İlkin analiz göstərir ki, bankda əmanətləri qaytarmaq üçün kifayət qədər vəsait var. Digər bir tərəfdən vəsaitin bir hissəsi də Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya olunub. Eyni zamanda artıq bizim müvəqqəti inzibatçı “Azərbaycan Kredit Bankı” da çalışır. Sadəcə olaraq bütün bu proseslər bir az vaxt alacaq. Belə ki, bu əmanətlərin məbləği, onların əsl sahibləri, eləcə də ünvanları dəqiqləşdirilir. Biz çalışacağıq ki, çox qısa bir müddət ərzində əmanətçilərin qanuni tələbləri ödənilsin”

Lisenziyasının ləğv edilm “EvroBank” ASC-də isə əhalinin əmanətləri yoxdur. (Marja)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol