Menu

Rusiyada sənaye istehsalı 4,8 faiz azalıb - İyun ayında

16.07.2015, 00:21
Rusiyada sənaye istehsalı 4,8 faiz azalıb - İyun ayında

Rusiya KİV-nin yaydığı məlumata görə, 2015-ci ilin iyun ayında Rusiyada sənaye istehsalı ötən ilin uyğun dövrü ilə müqayisədə 4,8 faiz azalıb. Azalma may ayında 5,5 faiz, apreldə isə 4,5 faiz təşkil edib. Bu məlumatı Federal dövlət statistika xidməti - «Rosstat» yayıb (Rosbalt).

Cari ilin birinci yarısında sənaye istehsalı həcmi, ilə hesablamaqla, 2,7 faiz azalıb.

«Rosstat»ın məlumatına görə, yanvar-iyun ayları aralığında faydalı qazıntıların çıxarılan həcmi ötən ilin uyğun dövrü ilə müqayisədə dəyişməyib, emal sənayesi sahəsində istehsalın həcmi, ilə hesablamaqla, 4,5 faiz azalıb. Elektrik enerjisi, qaz və su istehsalı və paylanması həcmləri isə 0,1 faiz azalıb.

Ötən il Rusiyada sənaye istehsalı həcmi, ilə hesablamaqla, 1,7 faiz artıb. 2013-cü ildə bu göstərici 0,4 faiz qalxıb. 2012-ci ildə isə artım 2,6 faiz təşkil edib.

Rusiya Federasiyası İqtisadi inkişaf nazirliyində 2015-ci il üçün sənaye istehsalının azalması 1,3-1,6 faiz intervalında proqnoz edilir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol