Menu

Rusiyada böhran və ucuz neft Azərbaycana mənfi təsir edəcək - “Moody's”

16.07.2015, 13:34

moodys-russia-review-downgrade-20140329Rusiya iqtisadiyyatında böhran və ucuz neft 2015-2016-cı illərdə MDB-nin altı ölkəsinin bank bazarına mənfi təsir edəcək.

Oxu.az xəbər verir ki, “Moody's” beynəlxalq reytinq agentliyi belə hesab edir.

“Biz proqnozlaşdırırıq ki, neftin qiymətlərinin aşağı düşməsi və Rusiyada resessiya MDB-nin banklarına yerli valyutalara təzyiq, Rusiyada çalışan MDB vətəndaşlarından pul köçürmələrinin və MDB ölkələrindən Rusiyaya ixracın azalmasına görə neqativ təsir edəcək”, - hesabatda deyilir.

Bu faktorlar artıq Belarus, Qazaxıstan, Azərbaycan, Tacikistan, Özbəkistan və Ermənistanın reytinqlərində nəzərə alınıb.

Banklara neqativ təsir əsasən əksər MDB ölkələrində yerli valyutaların zəifləməsinə görə şərtlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol