Menu

"Narkotiki satıb özümə ev tikəcəkdim..." - VİDEO

16.07.2015, 14:54
"Narkotiki satıb özümə ev tikəcəkdim..." - VİDEO

Saatlı rayon sakininin narkotik sataraq varlanmaq arzusu gözündə qalıb. Saatlı polisi onun narkotik satışından pul qazanmaq planlarını alt-üst edib.

Saatlı rayonunun Qaranuru kənd sakini Sahibəli Rüstəmovun həyətyanı sahəsinə baxış keçirilərkən orada narkotik vasitənin becərildiyi müəyyənləşdirilib. “Xaş-xaş-2015” adı ilə keçirilən əməliyyat tədbirləri zamanı həmin narkotik vasitələrin 93 ədəd çətənə kolu olduğu aşkarlanıb.

Bu işlə birinci dəfədir məşğul olduğunu deyən Sahibəli Rüstəmov kollara 3 aydır ki, aqrotexniki qaydada qulluq etdiyini etiraf edib. Məqsədi isə narkotik vasitə hesabına varlanmaq olub.

Sahibəli Rüstəmov deyib: "Kasıb adamam, ailə də böyükdür. Fikirləşirdim ki, əkim, satım, özümə ev tikim. Peşmanam".

Fakt üzrə Saatlı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir ("Region" TV).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol