Menu

Gəlincik şəhərinin restoranında «orijinal» xörəklər təkilf olunur - Siyasətçilərin adları ilə

17.07.2015, 16:11
Gəlincik şəhərinin restoranında «orijinal» xörəklər təkilf olunur - Siyasətçilərin adları ilə

Rusiya KİV-nin yaydığı xəbərə görə, Gəlincik şəhərindəki (Krasnodar diyarı) restoranların birində müştərilərə dünya siyasətçilərinin adları ilə adlandırılmış xörəklər təklif olunur (Rosbalt).

Bloqer Aleksandr Zalesski özünün Twitter mikrobloqunda xəbər verir ki, həmin restoranın menysunda müştərilərə aşağıdakı adlar altında xörəklər təklif olunur: «Solmuş Pskai ilə Con Kerri» (dana əti, göbələk və solmuş pomidor), mal dilindən hazırlanmış «a-lya Jirinovski», «Merkel ciyəri ilə isti Obama», «Poroşenkodan Fritta», salat «Yunan böhranı», «Fransız kökəsində Sarkozi», «Amerika yastığında Yatsenyuk» və s.

«Bloknot-Krasnodar»-ın qeyd etdiyinə görə, sosial şəbəkə istifadəçiləri biznesmenlərin bu yeniliyini təqdir etmirlər və onu «tər-təmiz rəzillik» adlandırılar. «Maraqlıdır, menyusuda liderlərinin adları göstərilmiş ölkələrin nümayəndələri bu restoranda özlərini necə hiss edərlər?» - deyə, sosial şəbəkə istifadəçisi Veronika yazır - «Bu, hannibalizmdir, yoxsa debilizm?»

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol