Menu

“Charlie Hebdo” peyğəmbərin karikaturasından imtina elədi

18.07.2015, 13:21
“Charlie Hebdo” peyğəmbərin karikaturasından imtina elədi

“Charlie Hebdo” fransız satirik jurnalının baş redaktoru və naşiri Loran Surisso bəyan edib ki, nəşr daha İslam peyğəmbərinin karikaturasını dərc etməyəcək. Musavat.com-un məlumatına görə, bu barədə “The Washington Post” qəzeti yazıb.

“Biz bu rəsmləri ona görə verirdik ki, belə bir prinsipi müdafiə edək ki, hər kəs istədiyini çəkə bilər” – deyib Surisso.

Bundan əlavə, onun sözlərinə görə, müsəlmanların günahlandırıldığı şeyləri başqa dinlərdə də tapmaq olar.

Xatırladaq ki, bu ilin yanvarında qəzetin Parisdəki redaksiyasına edilən hücum zamanı 12 nəfər həlak olub. Hücuma görə məsuliyyəti “əl -Qaida” öz üzərinə götürmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol