Menu

“Ermənistanla hər cür əməkdaşlıq genişlənəcək...” - İranlı ekspert

18.07.2015, 16:41
“Ermənistanla hər cür əməkdaşlıq genişlənəcək...” - İranlı ekspert

Ermənistanın istənilən məhsuluna İranda ehtiyac ola bilər. Musavat.com erməni KİV-ə istinadla xəbər verir ki, belə bir fikri İrəvanda jurnalistlərə İrandan olan ekspert Puyya Hoseyni Tehrana qarşı sanksiyaların ləğvinə münasibət bildirərkən söyləyib.

“İran – hər şeyi, yaxud demək olar, hər şeyi ala biləcək çox böyük bazardır. Odur ki, bəri başdan məhdudiyyətlər praktik olaraq yoxdur. Hər iki ölkə bir-birinə olduqca çox şey təklif edə bilər” – qeyd edib iranlı ekspert.

Xatırladaq ki, iyulun 14-də İranla “altılıq” ölkələri arasında imzalanmış Vyana anlaşmasına görə, Tehran nüvə silahı hazırlanması yönündə çalışmalarını dayandırmağının qarşılığında ona qarşı 12 illik ticarət və maliyyə sanksiyaları aradan qaldırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol