Menu

Ceyms Uorlik İrəvana gedir

18.07.2015, 22:50
Ceyms Uorlik İrəvana gedir

ATƏT Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik iyulun 20-də İrəvana səfər edəcək.

APA-nın verdiyi xəbərə görə, bunu Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb. “Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti addımları müzakirə etmək üçün bazar ertəsi İrəvana səfər edəcəm", deyə Ceyms Uorlik bildirib.

C. Uorlik səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol