“Frans Press” Agentliyinin verdiyi məlumata əsasən Amerika Birləşmiş Ştatlarının qanunverici orqanı olan Senat hökumət və dövlət orqanlarının maliyyələşdirilməsi ilə bağlı onlara göndərilən qanun lahiyəsini səsvermədən keçirərək qəbul edib.Bu qanuna əsasən dövlət aparatına bir il ərzində 1,1 trilyon dollar xərclənməsi nəzərdə tutulur.
Səsvermənin nəticələrinə görə senatorların 72 si bu sənədin leyhinə, 26 sı isə əleyhinə səs verib. Bir neçə gün əvvəl isə nəzərdə tutulan bu qanun aşağı palata olan Təmsilçılər Məclisində, yəni Konqressdə səsə qoyulmuşdu. Həmin qanunun leyhinə 359 konqresmen səs vermişdi ki, bu da böyük əksəriyyət sayılır. Agentliyin məlumatında deyilir ki, 1528 səhifədən ibarət olan bu sənəd, imzalanması üçün ABŞ prezidenti Barak Obamaya göndərilib.
AzPolitika.info

Şərhlər