Yanvarın 17-də Səbail Rayon Məhkəməsində MTN-in istintaq təcridxanasında saxlanan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb. Prosesə hakim Aytən Əliyeva sədrlik edib.
Vəkli Elçin Sadıqov jurnalistlərə məlumat verib ki, vəsatələri təmin olunmayəb, qərardan apellyasiya şikayəti verəcəklər.
Pərviz Həşimli ötən il sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onları odlu silahın və döyüş sursatının qaçaqmalçılığında ittiham edir.

Şərhlər