Menu

Qızıl 5 il 6 ayda bu qiymətə düşməmişdi

20.07.2015, 09:23
Qızıl 5 il 6 ayda bu qiymətə düşməmişdi

Qızıl, Çinin ehtiyatlarına dair məlumatları 2009-cu ildən bu yana ilk dəfə açıqlaması ilə 5 il 6 ayın ən aşağı səviyyəsinə düşüb.

Qızılın unsiya bu saatlarda 1.108 dollardan alınıb-satılır. Qiymətlər təkcə bu gün 2,3% ucuzlaşıb.

Bu gün Qızılın unsiyası 1087 dollar səviyyəsini görüb. Sonuncu dəfə qızıl bu qiymətə 2010-cu ilin yanvarında düşmüşdü.

Çin Mərkəzi Bankının (PBOC) açıqladığı məlumata görə, ölkə 1658 ton qızıl ehtiyatına malikdir. Çin 2009-cu ildən bu yana hər il 100 ton qızıl alıb.

2009-dan bu yana Çinin qızıl ehtiyatı 57 faiz yüksəlib və son 6 ildəki belə bir artım bazarları qane etməyib. Digər tərəfdən, Londondakı Dünya Qızıl Şurasının məlumatına görə, Çin ölkə ehtiyatlarına görə Rusiyanı keçərək beşinci ən böyük qızıl ehtiyatına malik ölkə olub.

Qızılılın unsiyası (31,1 qram) 2008-ci ildə 718 dollara, 2005-ci ildə isə 433 dollara düşmüşdü. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol