ABŞ Dövlət departamenti İranla bağlı sazişi baxılmaq üşün Konqresə təqdim edib
ABŞ Konqressində prezident administrasiyası tərəfindən göndərilmiş həmin sənədə iyulun 20-dən baxılmağa başlanacaq.
Konqresdə İran sazişinin baxılması 60 gündən çox çəkməməlidir.
Bundan əvvəl İran və "altılıq" dövlətləri (ABŞ, Fransa, Britaniya, Almaniya, Çin və Rusiya) İranın nüvə proqramına Tehranla razılığa gələ bilmişdilər.
Tehrana qarşı sanksiyaların ləğvi müqabilində, İran nüvə proqramını məhdudlaşdırmağa söz verib.
İranla razılıq əldə edildikdən sonra çıxış etmiş prezident Barak Obama bildrmişdi ki, İran uranın zənginləşdirilməsi avadanlığını üçdə ikiyədək azaltmağa razı olub.


Şərhlər