Menu

PKK liderlərindən biri Almaniyada həbs edildi

20.07.2015, 19:12
PKK liderlərindən biri Almaniyada həbs edildi

PKK terror təşkilatının rəhbərlərindən birisi Almaniyanın Karlsrih şəhərində həbs edilib.

"Report"un Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, "Kerim" təxəllüslü bu şəxs teror təşkilatının Almaniyadaki fəaliyyətinə nəzarət edibmiş.

Qeyd edək ki, rəsmi Berlin PKK-nin Almaniyadaki fəaliyyətini 1993-cü ilin noyabr ayında rəsmən qadağan edərək, bu təşkilatı terrorçu qurumlar siyahısına daxil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol