Rusiya KİV-nin yaydığı xəbərə görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqust ayı ərzində Krıma səfər edə bilər, amma hələlik planda belə səfər nəzərdə tutulmayıb. Bu fikri dövlət başçısının mətbuat katibi Dmitri Peskov «Putin yarımadaya səfər etməyi planlaşdırırmı?» sualını cavablandırarkən səsləndirib.
«Avqust ərzində heç nəyi istisna etmək olmaz, amma hələlik yaxın həftələrin planında belə şey yoxdur» - deyə, «RİA Novosti» Peskovdan sitat gətirir.
Bununla belə, «ötən istirahət günlərində Putin Krıma səfər edibmi?» sualına Peskov inkar cavabı verib: «Yox, o, orada olmayıb...».
Rusiya Prezidenti sonuncu dəfə Krım yarımadasına bir il bundan əvvəl – mayın 9-da, Qələbə Günü bayramında səfər edib və Sevastopolda hərbi-dəniz və hərbi-hava paradını seyr edib.
AzPolitika.info


Şərhlər