Menu

“Korrupsiya” qəzetinin qadın müxbiri rüşvət başında tutuldu

18.01.2014, 20:18

Azərbaycanda orta məktəb direktorundan pul alan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanvarın 17-də özünü “Korrupsiya” qəzetinin əməkdaşı kimi təqdim edən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Faila İbrahimova Siyəkü kənd orta məktəbinin direktoru Hikmət Muradova hədə-qorxu gələrək, 100 manat alarkən Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol