Tina Xidaşeli: "Tiflis ali məqsədinə – ərazi bütövlüyünün bərpasına nail olacaq".
Gürcüstan Rusiya ilə "diplomatik müharibə"ni uğurla aparır. Ancaq rəsmi Tiflis ali məqsədinə – ərazi bütövlüyünün bərpasına o zaman nail olacaq ki, ölkənin Avropa İttifaqına inteqrasiyası tamamlansın".
Anspress-in məlumatına görə, bunu Gürcüstanın qadın müdafiə naziri Tina Xidaşeli deyib.
O, verdiyi müsahibədə bildirib ki, Rusiya diplomatik dairələrdə bütün mövqelərini itirdiyi bir vaxtda Gürcüstan yeni dostlar qazanmaqdadır.
Onun sözlərinə görə, Gürcüstan tədricən Avropaya inteqrasiyaya doğru gedəcək və heç bir təxribat bu prosesi dayandıra və ya yavaşıda bilməz. Heç kəsin Rusiya barədə illüziyası yoxdur və dünyada heç kəs Rusiya haqqında tərəfdaş kimi düşünmür.
Xanım müdafiə naziri Rusiya hərbi qüvvələrini Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrinin işğalında günahlandırıb: "Tiflis gözləyir ki, Rusiya əsgərləri özləri Gürcüstan sərhədlərini 1992-ci ildəki mövqelərinə qaytaracaqlar və bu, ölkənin Avropa ailəsinə inteqrasiyasından sonra baş verəcək".


Şərhlər