Xarici KİV-in yaydığı məlumata görə, Belarus 3 milyard dollar kredit almaq xahişi ilə birbaşa Rusiyaya yox, Avrasiya inkişaf və stabilləşmə Fonduna (AİSF) müraciət edib. Bu barədə çərşənbə günü Rusiyanın maliyyə nazirinin müavini Sergey Storçak jurnalistlərə məlumat verib (İnterfaks.ru).
«Belarus Avrasiya inkişaf və stabilləşmə fondundan 3 milyard dollar kredit almaq, münasibətləri yeniləmək və yeni proqramı razılaşdırmaq istəyirdi. İlk müzakirə baş tutdu, razılışdıq ki, fondun, maliyyə nazirliyinin və Belarus Mərkəzi bankının ekspertləri təmasları davam etdirəcək və matrisin parametrlərini razılaşdırmağa başlayacaqlar. Birbaşa Rusiyanın federal büdcəsindən verilməsi barədə söhbət belə, getmədi» - deyə, nazir müavini qeyd edib.
Bundan əvvəl maliyyə naziri Anton Siluanov xəbər vermişdi ki, Minsk Rusiyaya müraciət edərək, ona 3 milyard dollar kredit verilməsini istəyib. Onun sözlərinə görə, məsələyə əvvəlki Rusiya kreditlərinin şərtlərinin icarsı nəzərə alınmaqla baxılacaq.
Storçak onu da bildirib ki, AİSF Şurası Ermənistana 300 milyon dollar kredit verilməsi barədə qərar qəbul edib. Mütəxəssislər kreditləşmə məqsədlərinə çatmaq üzrə proqramın hazırlanması ilə məşğuldurlar. Ehtimal olunur ki, kredit standart şərtlərlə - aralıq müzakirələr aparmaqla, 3 tranşda veriləcək.
AzPolitika.info


Şərhlər