Menu

ABŞ İrana qarşı yeni sanksiyaların tətbiqini istisna etmir

23.07.2015, 22:29
ABŞ İrana qarşı yeni sanksiyaların tətbiqini istisna etmir

İrana qarşı yeni sanksiyaların tətbiqi istisna deyil.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın maliyyə naziri Cek Lyu bəyan edib.

Onun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı razılaşmanın əldə edilməsinə baxmayaraq, əlavə sanksiyaların tətbiqi mümkündür.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Con Kerri Konqresdə çıxış edərkən bildirib ki, nüvə silahının istehsalına yol verməmək üçün ABŞ İrana qarşı güc tətbiq etməyə də hazırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol