Menu

Litva, Polşa və Ukrayna ümumi hərbi briqada yaradır! - Texniki saziş imzalanıb

25.07.2015, 10:54
Litva, Polşa və Ukrayna ümumi hərbi briqada yaradır! - Texniki saziş imzalanıb

Xarici KİV-in yaydığı xəbərə görə, Ukrayna, Litva və Polşa ümumi harbi birləşmənin - «LITPOLUKRBRIG» adlı briqadanın yaradılmasını nəzərdə tutan texniki saziş imzalayıb. Xəbəri Litvanın müdafiə nazirliyi yayıb (Rosbalt).

«Texniki saziş, briqadanın təsis edilməsi istiqamətində sonuncu format addımlardan biridir. Tezliklə Lyublində briqadanın qərargahının əsasının qoyulması işləri başlanmalıdır» - deyə, Litva müdafiə nazirliyinin mətbuat xidməti nazir Olekasdan sitat gətirir. Nazir əmin olduğunu bildirib ki, üçtərəfli briqada, hərbi qüvvələrinin mödernləşdirilməsi prosesində Ukrayna üçün bir model rolunu oynayacaq, NATO-nun prosedur və standartlarını əxz etməkdə ona yardımçı olacaq.

Olekasın sözlərinə görə, Litva öz hərbi təlim müəssisələrində Ukrayna hərbçilərini təlim keçməyə dəvət etməkdə davamlı olacaq, hərbi təhsil sahəsində onlara əlavə köməklik götərəcək, həm də öz reabilitasiya mərkəzində Ukrayna hərbçilərinin bərpa prosesi keçməsinə imkan yaratmaqda davam edəcək.

Xatırladaq ki, ötən ilin sentyabrında Ukrayna, Polşa və Litva üçtərəfli Litva-Polşa-Ukrayna hərbi briqadası yaratmaq barədə müqavilə imzalayıb. Birgə briqada BMT və Avropa İttifaqının çətiri altında keçiriləcək əməliyyatlarda istifadə olunacaq. Yeni hərbi birləşmənin qarşısına qoyulmuş əsas vəzifələr sülhün qorunub saxlanması prosesində beynəlxaq təşəbbüslərdə iştirakçı olmaq, bölgədə hərbi əməkdaşlığı möhkəmlətmək və Avropa İttifaqı döyüş qruplarının təhsil alması üçün əsaslar yaratmaqdan ibarətdir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol