Prezidentlər məşhur Keniya rəqsi olan “Lipala”nı oynayıblar.
ABŞ prezidenti Barak Obamanın ata yurdu Keniyaya səfəri zamanı rəqs etməsi kameralara həkk olunub. Anspress-in məlumatına görə, Barak Obama Nayrobidə onun şərəfinə təşkil olunmuş ziyafətdə “Sauti Sol” qrupunun çıxışı zamanı keniyalı həmkarı Uxura Keniata ilə birgə rəqsə qoşulub. Keniya prezidentinin yoldaşı da onları rəqsdə tək buraxmayıb.
Xəbər verilir ki, prezidentlər məşhur Keniya rəqsi olan “Lipala”nı oynayıblar.
Videodan göründüyü kimi Barak Obama illər keçməsinə baxmayaraq, ata yurdunun milli rəqsini unutmayıb. Bundan əvvəl Obama 2007-ci ildə məşhur “Ellen şou” proqramınına qonaq gələn zaman göstərdiyi rəqs performansı ilə yadda qalmışdı.


Şərhlər