Menu

Nabranda ana və qızı dənizdə boğuldu

28.07.2015, 20:55
Nabranda ana və qızı dənizdə boğuldu

Bu gün Xəzər dənizinin Xaçmaz rayonu sahilində iki nəfər dənizdə batıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Nabran istirahət zonasında qeydə alınıb. Qusar rayon sakinləri, 1963-cü il təvəlüdlü Osmanova Faizə Nurəddin qızı və onun qızı Osmanova Olya Nəriman qızı dənizdə boğularaq ölüb.

Hər iki şəxsin meyiti tibbi müayinəən keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol