Menu

"Qarabağ"ın oyunu yayımlanmayacaq

29.07.2015, 19:42
"Qarabağ"ın oyunu yayımlanmayacaq

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin bu gün keçiriləcək “Seltik” - “Qarabağ” oyunu canlı yayımlanmayacaq. Trend xəbər verir ki, bu barədə Qol.Az saytına “Qarabağ” klubunun direktoru Əmrah Çelikel məlumat verib.

O, qeyd edib ki, bir gün əvvəl matçın Azərbaycan Dövlət Televiziyasında yayımı ilə bağlı tərəflər arasında ilkin razılıq əldə olunub: "Bu gün isə “Seltik” tərəfi matçın ümumiyyətlə yayımlanmayacağı qərarını verib".

Direktorun sözlərinə görə, “Qarabağ” və AzTV-dən asılı olmayan səbəblərdən oyun canlı yayımlanmayacaq: "Seltik" klubu azarkeşlərinin stadiona gəlişini təmin etmək üçün oyunun heç bir kanalda yayımlanmaması barədə qərar verib".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol