Rusiyanın energetika naziri Aleksandr Novak “Türk axını” qaz kəmərinin tikintisinin başlanğıc tarixinin dəyişəcəyini istisna etmədiyini bildirib. Musavat.com Rusiya qaynağına istinadən xəbər verir ki, Novak kəmərin ilk hissəsinin inşasının ertələnmə riskini Türkiyə ilə hökumətlərarası anlaşma sənədinin imzalanmasının gecikməsi ilə əlaqələndirib.
Bundan öncə tikintinin ləngiməsinin səbəbi kimi “Qazprom”la Türkiyənin BOTAŞ şirkəti arasında satılan qazın qiyməti ətrafında tərəflər arasında razılığın əldə edilməməsi göstərilirdi.
“Qazprom” “Türk axını”nın dənizin dibindən keçən hissəsi üçün mühəndis axtarışlarına razılığı Türkiyə tərəfindən iyunun 22-də alıb.


Şərhlər