"Türk qırıcıları PKK hədəflərini bombalayanda yerli əhaliyədə ziyan dəyir"
Türkiyənin hücumları dayandırmaq fikirində olmadığını görən Şimali İraq Kürd Müxtariyyətinin lideri Məsud Barzanı PKK terrorçularına səslənib. ANS PRESS-in məlumatlna görə, Bərzani bilidirib ki, PKK yerli əhaliyə ziyan dəyməməsi üçün muxartariyyət ərazisini tərk etməlidir. Çünki Türk qırıcıları PKK hədəflərini bombalayanda yerli əhaliyə də ziyan dəyir.
Muxtariyyət sözçüsü Kifah Mahmudun sözlərinə görə isə, İraq və Türkiyə arasında əldə olunan razılaşma əsasından hər hansı bir hücüm olarsa, Türk ordusunun İraq ərazisinə girməsinə icazə verilir. Buna görə də PKK bölgəni tərk etməlidi.
Səddam Hüseynin hakimiyyəti dövründə imzalanan və hələ də qüvvədə olan bu razılaşmaya görə, hər iki ölkə PKK hücumuna qarşı 15 km sərhədi keçməklə izləmə və hücumu dəf etmə hüqüqu var.
Türkiyə Hava Qüvvələri Şimali İraqda PKK hədəflərinə yeni hava zərbələrini bu gün də davam etdirir.
Şəhid Ömər Kaan Kandəmir adı verilən əməliyyatda 8 hərbi təyyarə iştirak edib. Səhər saatlarında başlanan bomardıman 4 saat davam edib. Əməliyyatda PKK hədəfləri bombalanıb.
Türkiyədə 32 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra vəziyyət gərginləşib. Hökümət PKK və İŞİD terror təşkilatları ilə mübarizə aparır.
Surucda törədilən terror aktı
ABŞ, İtaliya, Almaniya, Rusiya və başqa dövlətlər Türkiyənin İŞİD və PKK-ya qarşı hücumlarını dəstəkləyir. Bu ölkələr Türkiyənin son günlər keçirdiyi antiterror əməliyyatlarını və hava hücumlarını dəstək verdiklərini bildirib: "Türkiyənin İŞİD və PKK-nın terror hücumlarına qarşı əməliyyatları təqdirəlayiqdir. NATO üzvü olan Türkiyənin terrorçu hücumlarına qarşı özünü müdafiə haqqına hörmətlə yanaşırıq. Terror təşkilatları siyahısında olan PKK terrorçu fəaliyyətindən əl çəkərək Türkiyə ilə dialoqa başlamalıdır."
Türkiyə Hava Qüvvətləri Şimali İraqda PKK hədəflərinə yeni hava zərbələrini bu gündə davam etdirir. Şəhid Ömər Kaan Kandəmir adı verilən əməliyyatda 8 hərbi təyyarə iştirak edib. Səhər saatlarında başlanan bomardıman 4 saat davam edib. Əməliyyatda PKK hədəfləri bombalanıb.
Türk Qırıcıları


Şərhlər