Tofiq Yaqublu ailəsinin qəzaya düşməsinə münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə müsavatçı gənclər Facebookda yazıblar. Tofiq Yaqublu bildirib ki, ailəsi ona görə bir ildir ki, yollardadır:
"Mən bu qəzanı hakimiyyətin ailəmə qarşı olan cinayəti hesab edirəm. Mənim ailəm bir ildir ki, yollarda qalıb. Dünənki məhkəmədə də Nicat Vəliyev adlı şəxsin həyasızcasına üzümüzə durması ailə üzvlərimi və dəyərli dostumuz Çingiz Əlini çox əsəbiləşdirdi, o əsəblə də yola çıxdılar. Bütün bunlar qanunsuzluğun məntiqi nəticəsidir".

Şərhlər