Menu

Ölkədən kapital axını artır - Dollarla əməliyyatlar məhdudlaşdırıla bilər

05.08.2015, 13:40

manat bank dollar31 İyul 2015-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 8 milyard 501.5 milyon dollar təşkil edib.

Bu, 30 iyun 2015-ci il tarixi ilə müqayisədə 18,7 milyon dollar azdır.

Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin İyul ayında 15 milyard 193.4 milyon dollara qədər artmışdı. Son 1 ildə ehtiyatlar 6 milyard 691,9 milyon dollar və ya 44% azalıb.

Bəs nə üçün valyuta ehtiyatları azalır?

"Marja"nın məlumatına görə, ekspertlər bildirirlər ki, bu, daha çox ölkədən kapital axını ilə bağlıdır. Böyük həcmdə vəsaitlər daha təhlükəsiz yerə – Türkiyə, Gürcüstan bazarına yönəlir. Çünki ölkədə hazırda kapitala təminat yoxdur.

Böyük ehtimalla, avqust ayında da valyuta ehtiyatlarında azalmanın olacağı gözlənilir.

Qeyd edək ki, investorlar manatda və digər aktivlərində olan vəsitlərini dollara çevirərək xaricə köçürürlər. Belə vəziyyət də dollara təlabatı artırdığından Mərkəzi Bank valyuta ehtiyatlarından sərf edərək dövriyyəyə dollar verir.

DOLLAR İLƏ ƏMƏLİYYATLAR MƏHDUDLAŞDIRILA BİLƏR

İddialara görə, Mərkəzi Bankda yenidən kommersiya banklarının sədrləri ilə görüş keçiriləcək. Bank sektorunda ehtimal edirlər ki, dollar ilə aparılan əməliyytaların məhdudlaşdırılmasının aktuallığı artır. Bankirlər belə bir qərarın olmasını absurd hesab edirlər.

Qeyd edək ki, indiyədək dollara məhdudiyyət tətbiq edən ölkələr olub. Məsələn, 2011-ci ildə neft ölkəsi olan Argentina ölkənin valyuta ehtiyatlarının “əriməsinin” və ölkədən sərmayə axının qarşısını almaq üçün sərt sərmayə nəzarəti tətbiq edərək dollar alışını məhdudlaşdırmışdı.

Qeyd edək ki, Brent nefti 50 dollara düşüb, Rusiya iqtisadiyyatında geriləmə artır və rubl dollar qarşısında "ölür". Bu proseslər Azərbaycan üçün də riskləri artırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol